Sumqayıt şəhəri 29-cü məhəllə ərazisində bir gündə ikinci qəza baş verib. Bu haqda bu gün, 4 mart tarixində Sumqayıt24-ə hadisənin şahidləri xəbər verib.
Bizə təqdim edilən fotomateriallarda göründüyü kimi, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Opel” markalı maşınını sol qabaq hissəsindən vurub. Sonuncu isə işıq dirəyinə çırpılıb. Məlumata görə, xəsarət alan olmayıb.
Şahidlərinə sözlərinə, General-mayor Polad Həşimov və Nəriman Nərimanov küçələrinin kəsişməsində baş verən qəzaya səbəb, “Mercedes”in sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq keçməsi olub.
Xatırladaq ki, bu ərazidə daha bir qəza baş vermişdir. [modula id="10839"]