Sumqayıtdan olan istedadlı şair İqbal Nəhmətlə görüş təşkil olunub. Bu haqda Regional Mədəniyyət İdarəsinin sosial şəbəkə hesabına istinadən xəbər veririk.
İdarənin dəstəyi ilə, S.Vurğun adına Mərkəzi Kitabxana və Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin birgə təşkil etdikləri görüş Əli Kərim adına Poeziya evində keçirilib.
“Bölgə yazarları qonağımızdır” adlı tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova açıb. Daha sonra, AYB-nin sədri Gülnarə Cəmaləddin şairi təqdim edib.
Burada, istedadlı şairin şeirləri aparıcı, 3 nömrəli məktəbin şagirdləri və gənc şairə Gülnar Hüseynova tərəfindən səsləndirilib.