Sumqayıtda tanınmış şair Xaqani Ayxanın şeirlər kitabının təqdimat mərasimi keçirilib. Kitab "Ağaclar payızda çiçəkləyəndə" adlanır. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
"Poeziya evi"ndə təşkil olunan təqdimata şairin qələm dostları və digər poeziya sevən şəxslər qatılıblar. Burada çıxış edən mərkəzin direktoru, şair İbrahim İlyaslı, kitabın redaktoru, istedadlı şair Zirəddin Qafarlı, kitabın ön söz müəllifi, tənqidçi Vaqif Yusifli, professor Rafiq Yusifoğlu və digər şairlər müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar.