Sumqayıtda 70 adda müxtəlif növ süd məhsulları məhv edilib. Sumqayıt24 bu haqda 3 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Belə ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 12.237 kq məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda utilizasiya olunub.