Sumqayıtda məhsullar utilizasiya olunub. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız 72 adda 9,6 ton müxtəlif süd məhsulu məhv edilib.