Sumqayıtda qida məhsulları məhv edilib. Sumqayıt24 bu haqda 22 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda utilizasiyadan keçirilən istehlaka yararsız 73 adda 12,9 ton müxtəlif növ süd məhsulu “AZ FP CO LTD”-yə məxsus idi.