Sumqayıt bulvarında natəmizlik hökm sürür. Bu haqda bu gün, 4 iyul tarixində oxucular Sumqayıt24-ə xəbər verib.
Belə ki, istirahət günlərində bulvarda müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Təqdim etdiyimiz fotomaterillarda göründüyü kimi, tullantı qabları dolu olduğundan, bəzi vətəndaşlar əllərində olan zibilləri ətrafa atıblar.
“Belə vəziyyət yaranmasın deyə özümüz səy göstərib şəhərimizin gözəl istirahət guşəsini təmiz saxlamalıyıq” - deyə oxucu bildirib. [modula id="17862"]