Sumqayıt şəhərində yerləşən parkda oturacaqların sayı azdır. Bu haqda bu gün, 21 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, Üzeyir Hacibəyov küçəsində yerləşən parkda sakinlər üçün cəmi 3 oturacaq var. Yay aylarında bura çox sayda vətəndaşlar gəlir, bu hal isə onların rahat istirahəti üçün maneə olur.
“Bu parka körpəli analar, yaşlılar, uşaqlar gəlir. Getdikcə hava isinir, hamı çıxacaq gəzməyə. Parkımıza yeni oturacaqlar quraşdırılsa, minnətdar olardıq”, - deyə sakin bildirib.
[modula id="15433"]