Novxanı qəsəbəsində sudan qanunsuz istifadə faktının qarşısı alınıb. Sumqayıt24 bu haqda 17 iyun tarixində Azərsu ASC-yə istinadən xəbər verir.
Belə ki, qəsəbə ərazisində fəaliyyət göstərən istirahət mərkəzinin müqavilə və sayğacının olmamasına baxmayaraq, obyekt sahibi şəbəkəyə özbaşına qoşulub və sudan qanunsuz istifadə edib. Görülən tədbir zamanı burada su təchizatı dayandırılıb. Bundan əlavə, dəymiş ziyan hesablanaraq akt tərtib edilib.
Bildirilib ki, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.