Novxanıda iki nəfər bıçaqlanıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə 6 iyun saat 01:00 radələrində qəsəbədə yerləşən istirahət mərkəzində qeydə alınıb. Oraya istirahətə gələn Həmid Abulov və Namid Əliyev qısqanclıq zəminində digər iki nəfər tərəfindən bıçaqlanıblar.
Əməli törətməkdə şübhəli bilinən Ramiz Yarəliyev və Sədulla Sərdari saxlanılıblar. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda “Qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanılıb.