Gəncə şəhərinə istirahətə gedən Sumqayıt sakinləri qəzaya uğrayıblar. Sumqayıt24 bu haqda 1 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Goranboy rayonunun Goran qəsəbəsində baş verib. “Mercedes-Benz” markalı minik avtomobili “Qazel” markalı yük maşınına çırpılıb. Nəticədə 24 yaşlı Famil Məmmədli və 22 yaşlı Tamerlan Qasımlı həyatlarını itiriblər.
Xəsarət alanlar - 34 yaşlı Murad Rəhimov, 21 yaşlı Elxan Qocayev və 22 yaşlı Eldəniz Babayev Goranboy rayon xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fotoda soldan sağa müvafiq olaraq Tamerlan Qasımlı və Elxan Qocayev: [modula id="19380"]