Sumqayıtda itkin düşən iki dostun meyiti tapılıb. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, 19 yaşlı Kamran Allahverdiyev dekabrın 31-də dostu Kənan Nəzərov ilə birgə evdən gedib, lakin geri qayıtmayıb. 5 gün sürən axtarışdan sonra onların və daha 2 nəfərin Nərimanov rayonundakı mənzildə vəfat etdikləri məlum olub. Gənclərin qazdan boğulduqları bildirilir.
Qeyd edək ki, Kamran Allahverdiyev 8 nömrəli məktəbin 10-cu sinif şagirdi idi.