Sumqayıtda itkin sayılan qadın son dəfə bulvarda görülüb. Bu barədə 19 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Qadının ailə üzvlərinin sözlərinə görə, onun “priçal” kimi tanınan ərazidən dənizə yıxıldığı ehtimal edilir.
68 yaşlı Xanım Qocayevanın aqibəti hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sahilboyu axtarış tədbirləri keçirirlər.