Sumqayıtda itən hərbçi tapılıb. Sumqayıt24 bu haqda 3 noyabr tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, 26 yaşlı İlkin Kərimov 9-cu mikrorayondakı evindən çıxaraq itkin düşmüşdü. Yaxınları kişinin psixoloji problemlərinin olduğunu bildirirdilər. Onun tapılması üçün polisə və redaksiyamıza müraciət edilib.
İzləyicilərimizdən birinin sayıqlığı nəticəsində İlkin Kərimov tapılıb və ailəsinə bununla bağlı məlumat verilib.