Sumqayıtda kanalizasiya kollektorunun üzərində qanunsuz obyektin inşası aparılıb. Sumqayıt24 bu haqda BakuTV-yə istinadən xəbər verir.
Narazı sakinlərin sözlərinə əsasən, tikinti işləri şənbə və bazar günləri, 42-ci məhəllə ərazisində görülüb: “Burada əvvəllərdə obyekt tikmək istəyirdilər, lakin icazə verilmədi və işlər yarımçıq qaldı. İndi isə axşam saatlarında gəlib işləyirlər”.
Sumqayıt Sukanal İdarəsinin baş mühəndisi Mahir İmanov bildirib ki, həmin ərazidə tikintinin getdiyi aşkar olunan kimi icra nümayəndələri ilə birlikdə bunun qarşısını alınıb.
Memarlıq Şəhərsalma İdarəsinin mühəndisi Kənan Babayevin dediyinə görə, burada tikinti işlərinin getməsindən söhbət belə gedə bilməz.
Qeyd edək ki, verilən qərarla sözügedən yarımtikili sökülüb.