Dünya şöhrətli karateçimiz Avropa çempionatında mübarizəni dayandırıb. Bu haqda Sumqayıt24 xəbər verir.
Birincilik Türkiyənin Qaziantep şəhərində təşkil olunub. Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev 1/16 finalda kiprli Panayiotis Loizidesi, növbəti mərhələdə isə slovakiyalı David Podsklanı məğlub edib.
Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.