Karate üzrə veteran məşqçi-müəllim Yəhya Əliyev Fəxri fərmanla təltif olunub. Sumqayıt24 bu haqda Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Məlumata əsasən, GİBİ-də keçirilən görüş Yəhya Əliyevin 60 illik yubileyi münasibətilə təşkil edilib. Onun məşqçi-müəllim kimi karate idman növünün təbliği və inkişafında uğurlarından, şəhərin ictimai-siyasi və mədəni həyatında fəaliyyətindən danışılıb, ölkə idmanının inkişafında göstərdiyi xidmətləri vurğulanıb.
Məşqçinin Sumqayıt karate məktəbinə verdiyi töhfələrə görə yubilyar, Zakir Fərəcov tərəfindən imzalanmış Fəxri fərmanla təltif olunub.