Sumqaytlı gənclər "Karyera planlaması" mövzusunda görüşə qatıla biləcəklər. Bu haqda bu gün, 15 aprel tarixində Gənclər Klubuna istinadən xəbər veririk.
Məlumata əsasən, tədbir 24 aprel saat 12:00-da “D&B Kitablı” kafesində baş tutacaq. Təlim Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlının təqdimatında keçiriləcək.
İştirak etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Görüş Sumqayıt Gənclər Klubu və “D&B Kitablı” kafenin birgə təşkilatçılığı ilə keçiriləcək.