top
Keçmiş futbolçu Sumqayıtda “parkovşik”liklə dolanır
18 sentyabr 2025, 05:32
- ↺ +

Keçmiş futbolçu Sumqayıtda “parkovşik”liklə dolanır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda niyə futbol yoxdur? Bu suala uzun-uzadı cavab axtarmağa ehtiyac yoxdur. Cavab bəzən gözümüzün qarşısındadır. Futbolla nəfəs alan, minlərlə uşağa topla məharətlə oynamağı, meydanın qaydalarını, idmanın əxlaqını öyrədən insanların taleyinə baxmaq kifayətdir.

Həmkarımız Vüsal Mehdiyev Sumqayıtda keçmiş futbolçu, hakim Akif Adıgözəlovla görüşüb.
Musavat. com görüş barədə Vüsal Mehdiyevin fikirlərini təqdim edir:

"Şəkildə gördüyünüz adamla Sumqayıtda təsadüfən tanış olduq. Keçmiş futbolçu, uşaq futbolunda müəllim və futbol hakimi.

61 yaşı olan Akif Adıgözəlov Sumqayıtda "parkovşik"liklə birtəhər dolanmağa çalışır. Dediyinə görə, gündəlik 5-10 manat qazancı olur.

Əvvəlcə dediklərinə şübhə ilə yanaşdım. Axtarış sistemində onunla bağlı məlumatlar dediklərini təsdiqləyirdi.

Bir neçə il əvvəl Konkret. az saytında onunla bağlı maraqlı reportaj da yayılıb.

Akif müəllim Sovetlər İttifaqı dönəmində Sumqayıtın "Kaspi" adlı klubunda oynadığını bildirir. Hətta iki il Lvov klubunda legioner həyatı yaşadığını da iddia edir. Ciddi zədə səbəbindən Ukrayna karyerasını yarımçıq qoyaraq, vətənə dönüb.

Sonralar uşaq futbolunda müəllim, ölkə çempionatının oyunlarında yan xətt hakimi olub.Təxminən 10 ildən artıqdır işsizdir. "Parkovşik"liklə çörəkpulu qazanmağa can atır.

Akif Adıgözəlov deyir ki, iş üçün döymədiyi qapı qalmayıb. Amma həyatını futbola həsr etmiş sabiq hakimə Sumqayıtda adi bir iş tapılmayıb. Şəhər futboluna, idmanına məsul şəxslər Akif Adıgözəlova sahib çıxmayıblar. Ömrünü futbola həsr etmiş bir insanın son dərəcə ağır şərtlər altında yaşamasını görmək xoş olmayan mənzərədir".

"Azərbaycan futbolu niyə inkişaf etmir" sualının acı cavabında elə Akif Adıgözəlovun hekayəsi də var.
Bu, təkcə bir şəxsin taleyi deyil, əslində bütöv futbol sistemimizin durumunun göstəricisidir. Futbola ömrünü verən, uşaqlara meydanda necə davranmağı, topun arxasınca necə qaçmağı öyrədən insanların bu gün cəmiyyət tərəfindən unudulması futbolumuzun inkişaf etməməsinin əsas səbəblərindən biridir.

Azərbaycan futbolunun durumu ilə bağlı əsas məqamlar sırasında idarəçilik və sistemsizlik dayanır.

Futbol federasiyasında illərdir aparılan islahatlara baxmayaraq, aşağıdan yuxarıya qədər işlək mexanizm yoxdur. Uşaq futbolu təsadüfi adamların öhdəsinə buraxılıb, məşqçilər isə çox vaxt dəstək görmədən meydanda öz güclərinə mübarizə aparırlar.

Maliyyə bölgüsündə ədalətsizlik də öz sözünü deyir.
Klublara milyonlarla manatlıq sponsor dəstəyi olub, amma bu vəsaitlərin böyük qismi nəticə gətirməyən legionerlərə və bürokratiyaya sərf edilib. Uşaq futboluna, yerli istedadların yetişdirilməsinə ayrılan diqqət isə simvolik qalıb.

Karyera sonrası boşluq da bir ayrı problemdir.
Futbolçular karyerasını bitirdikdən sonra onların məşqçilik, menecerlik və ya idman qurumlarında işləməsi üçün real proqram yoxdur. Akif Adıgözəlov kimi yüzlərlə sabiq futbolçu bu gün müxtəlif peşələrdə dolanışıq axtarır, amma futboldan kənarda qalıb. Bu amillər ölkədə ümumilikdə futbola ictimai marağın azalmasını şərtləndirib.

Milli komandanın nəticələri və klubların avrokuboklarda zəif çıxışı azarkeşləri futboldan uzaqlaşdırıb. Çoxları üçün futbol artıq sevimli idman yox, bahalı, amma nəticəsiz şouya çevrilib.
Regional futbolun çöküşü də milli futbolumuza təsir edən amillərdən biridir.

Sovet dövründə Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran kimi şəhərlərdə güclü futbol ənənəsi vardı. Bu gün həmin ənənələr unudulub, bir çox şəhərlərdə futbol infrastrukturu dağılıb və uşaqlar topu stadionda yox, küçədə qovur.

Nəticə millimizin geyimini ən müxtəlif ölkələrdə uşaqkən futbol meydançası görmüş, yetişib legionerə çevrilmiş əcnəbilər geyinir.

Akif Adıgözəlovun faciəli taleyi sadəcə bir insanın yox, bütöv bir sistemin portretidir. Futbolçuların ömrünü həsr etdiyi idman sahəsi bu gün onları unudursa, biz necə yüksək nəticələr gözləyə bilərik? Azərbaycan futbolunun inkişafı üçün real islahatlara, aşağı yaş qruplarından başlayaraq şəffaf idarəetməyə və futbol veteranlarına sahib çıxmağa ehtiyac var.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Bu gün, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Bu gün, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Bu gün, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Oxşar xəbərlər