Sumqayıtlı kiçik fortepianoçular daha bir uğur qazanıb. Bu haqda Facebook sosial şəbəkəsinə istinadən xəbər veririk .
Məlumata görə Q. Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri 2-ci Zonalararası “Milad royalı” onlayn müsabiqəsində diplomlarla təltif olunublar.
Belə ki, 4-cü sinif şagirdi Aytac Vəlizadə, 5-ci sinif şagirdi Valeriya Olxovaya öz yaş kateqoriyalarında 1-ci dərəcəli, 1-ci sinif şagirdi Ceyran Talıblı və 2-ci sinif şagirdi Ayla Heydərova isə 2-ci dərəcəli diploma layiq görülüblər.
Qeyd edək ki, Aytac Vəlizadə xüsusi diploma layiq görülüb və laureat adını qazanıb.
Şagirdləri müsabiqəyə müəllimləri Sevda Məcidova hazırlayıb.