Sumqayıtlı fortepianoçu Ayla Pənahova növbəti uğurunu qazanıb. Bu haqda Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin 3-cü sinif şagirdi olan Ayla, “Qış Nağılı-2022” adlı müsabiqədə 2-ci dərəcəli laureat adına layiq görülüb. Müsabiqə Rumıniyanın Buxarest şəhərində onlayn formatda təşkil olunub.
Qalibi müsabiqəyə müəllimi Esmira Əliyeva hazırlayıb.