Sumqayıtlı kiçik rəssamlar “Azərbaycanım” adlı V Respublika Usaq Rəsm Festivalında iştirak edib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Festival Bakı şəhəri Xətai Sənət Mərkəzində keçirilib. Nəticədə, uğurlu iştirak nümayiş etdirən Cəfər Cabbarlı adına Mədəniyyət Evinin rəsm kursunun üzvləri sertifkatla təltif olunub.