Sumqayıt Uşaq İncəsənət məktəbinin şagirdləri paytaxtda baş tutan Olimpiadanın qalibi olub. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən yazır.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri "ARTS OLİMPİA AZERİ CHAMP 2022" adlı müsabiqəyə qatılıb. Nəticədə, tar şöbəsinin 1-ci sinif şagirdi Yunus Tağıyev və fortepiano şöbəsinin 3-cü sinif şagirdi İsmayil Şahbazlı 1-ci yerə layiq görülüblər.
Şagirdləri müsabiqəyə müəllimləri Gülbəniz Həsənova və Ruslan Tağıyev hazırlayıb.