Sumqayıt Dövlət Dram Teatrında "Kimdir müqəssir" tamaşasının premyerası baş tutub. Bu barədə 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Ə. Haqverdiyevin vodevili əsasında hazırlanmış tamaşaya istedadlı rejissor Fuad Kazımov quruluş verib. Könül Bəkirovanın rəhbərlik etdiyi musiqi qrupu aktyor oyununu müşayiət edib.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, icraçı rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Oyunda iki heyət var. Premyera axşamında obrazları Elay Xasıyev, Vəfa Qurbanova və Elmir Mehdiyev canlandırıblar.