Sumqayıt Kimya Sənaye Parkının (KSP) rezidentinin istehsal etdiyi siqaret Gürcüstana ixrac edilib. Bu haqda RealTV məlumat yayıb.
“TABATERRA” QSC-nin direktoru Elman Cavanşirin sözlərinə görə, müəssisənin illik ixrac potensialı 5 milyard ədəd siqaret təşkil edir. 2018-ci ildən fəaliyyət göstərən şirkətdə həm yerli, həm də dünyanın aparıcı istehsalçı şirkətlərinə məxsus brendlər istehsal olunur.
Müəssisənin illik istehsal həcmi 14 milyard ədəd siqaretdir.