Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni boruların istehsalına başlayıb. Sumqayıt24 bu barədə 18 noyabr tarixində Scip.az-a istinadən xəbər verir.
“Azertexnolayn” MMC yeni ölçülü (DN100 və DN250) ikiqat qofralı borular istehsal edəcək. İkiqat borular içərisi müştəri istəyinə uyğun olaraq sarı, ağ və göy rənglərdə olmaqla yüksək sıxlıqlı polietilen tərkibli daxili hamar qat və xarici büzməli qatdan ibarət olur.
Qeyd edək ki, bu cür borular yeraltı elektrik kabel xətlərinin və kanalizasiya xətlərinin çəkilməsi zamanı istifadə edilir.