Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb. Sumqayıt24 bu haqda bu gün, 4 may tarixində Scip.az-a istinadən xəbər verir.
Yeni rezident “Çinar-Servis” İKF “park”ın 1,5 hektar ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarını istehsal edəcək.
İnvestisiya həcmi 13.3 milyon manat olan layihə çərçivəsində 70 nəfər işlə təmin ediləcək.
Qeyd edək ki, burada istehsal olunan məhsulların həmçinin xarici ölkələrə də ixracı planlaşdırılır.