Sumqayıtda konsert olacaq. Sumqayıt24 bu haqda 18 dekabr tarixində xəbər verir.
Tədbir Azərbaycan Vokalçıları III Beynəlxalq festivalı çərçivəsində görkəmli opera ifaçısı Şövkət Məmmədovanın xatirəsinə təşkil ediləcək. Konsert 21 dekabr saat 15:00-da “Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək.