Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində kişi meyiti tapılıb. Cəsədin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Sumqayıt24 bu haqda bu gün, 12 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Evlərdən birində aşkarlanan cansız bədənin həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini 62 yaşlı Zakir Ağayevə məxsus olduğu müəyyənləşib. Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.