Kimyaçılar qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu haqda 19 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Yanğın 39 yaşlı Gülnar Qasımovaya məxsus ümumi sahəsi 150 kv.m olan tikilidə qeydə alınıb. Hadisə yerinə cəlb edilən yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.