48 nömrəli yataqxana yaşam üçün yararsız hala düşüb. Sumqayıt24 bu haqda 22 noyabr tarixində xəbər verir.
Sözügedən yataqxana Səməd Vurğun küçəsi, “Kimyaçılar” qəsəbəsində yerləşir. Yaşayış binasının tavan, otaq və eyvanları sözün əsl mənasında dağılıb-tökülür.
Şikayətdə bildirilir ki, problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət olunub. Ancaq hələ də tədbirlər görülməyib.
Məlumata görə, yaxınlıqda olan baxımsız 49 nömrəli yataqxananın sakinləri artıq köçürülüblər.