Sumqayıtda "Kitab və kofenin ahəngini yaşa" adlı kitab yarmarkası keçiriləcək.
Yarmarka zamanı kitabların hər birinə 90%–dək endirimlər tətbiq ediləcək. Bundan əlavə, kitabları ödəniş etmədən də əldə etmək mümkün olacaq. Bu fürsətdən yararlanmaq üçün 2–ci əl kitablarınızı özünüz ilə gətirməyiniz yetərlidir.
Yarmarka 8 may tarixində Heydər Əliyev prospekti, 46/1 210A-da təşkil ediləcək.