Sumqayıtda kitabxana əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib. Sumqayıt24 bu barədə 29 noyabr tarixində Sumqayı MUK-ya istinadən xəbər verir.
Tədbir S.Vurğun adına Mərkəzi kitabxanada baş tutub. Burada görülən işlər və qarşıda nəzərdə tutulan planlar, sosial şəbəkələrdə yayımlanan tədbirlər müzakirə olunub.
Müşavirədə yaxşı işinə, səmərəli fəaliyyətinə, tədbirlərin keçirilməsində və oxuculara xidmət işində fəal iştirakına görə daha çox seçilən Mərkəzi Uşaq Kitabxanasına simvolik kitab maketi hədiyyə edilib.