Sumqayıtda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib. Sumqayıt24 bu barədə 27 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
M.Ə.Rəsulzadə adına Kitabxana filialının əməkdaşları şəhid Əbil Cəbizadənin ailəsini ziyarət ediblər. Əməkdaşlar ailə üzvlərinin qayğıları ilə maraqlanıb və onlara maddi və mənəvi dəstək olublar.
Cəbizadə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.