Sumqayıtda “Sağlamlıq əvəzsiz nemətdir” adlı dəyirmi masa keçirilib. Bu haqda bu gün, 13 aprel tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər veririk.
Məlumata əsasən, tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına kitabxana klubunda baş tutub. Görüş zamanı narkomaniya və narkobizneslə mübarizə haqda müzakirə aparılıb. Tədbirdə narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında ətraflı məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.