Sumqayıtda “Bəşər tarixində qara səhifə” adlı xatirə günü keçirilib. Sumqayıt24 bu haqda 18 yanvar tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan tədbir S. Vurğun adına Mərkəzi Kitabxanada baş tutub. Burada 10 və 16 nömrəli məktəblərin müəllim və şagird kollektivi iştirak edib. Tədbirin aparıcısı Sevda Məhəmmədova bu faciənin Azərbaycan tarixindəki rolundan danışıb. 10 nömrəli tam orta məktəbin tarix müəllimi Ağaəli Cəbrayılov 20 Yanvar hadisələrindən söz açıb.
Şagirdlərin ifasında mövzu əsasında səhnəciklər nümayiş olunub, şeirlər səslənib. Sonda kitabxananın əməkdaşı Leyla Bağırova tədbir iştirakçılarını kitabxanada təşkil olunan “Qəhrəmanlıq tariximizin 20 Yanvar zirvəsi” adlı sərgi ilə tanış edib.