Sumqayıtda fəaliyyət göstərən kitabxanalarda yeni texnologiyaların tətbiqi zəruridir. Bu sözləri Mərkəzi Kitabxana Sisteminin direktor müavini Natəvan Axundzadə deyib.
Sumqayıt24, Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, Axundzadə bu barədə “Poeziya evi”ndə keçirilmiş ictimai dinləmələr zamanı danışıb. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi şəhərin informasiya təminatının həyata keçirilməsi üçün lazımdır.
O əlavə edib ki, Sumqayıtda yeni standartlara uyğun, geniş oxucu kütləsinə xidmət göstərəcək kitab evinə ciddi zərurət var.