Sumqayıtda “Psixo Sən” layihəsinin qurucuları Kənan Məmmədov və İntiqam Zərbiyevə məsləhət xidməti göstərilib. Bu haqda KOB İnkişaf Mərkəzi məlumat yayıb.
Mərkəzin eksperti tərəfindən onlara biznesin idarə edilməsində müasir texnologiyalardan istifadə, biznesdə İT modelləri və konsepsiyaları, proqramlaşdırma barədə məlumat verilib. Bundan əlavə saytın qurulması və idarə edilməsi ətraflı izah olunub.