Sumqayıt KOBİM-də “Maliyyənin idarə olunması” mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 20 aprel tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, təlimdə maliyyə, xərclər və satış planının hazırlanması, pul axını cədvəli və maya dəyərinin hesablanması haqqında ətraflı məlumat verilib. Bundan əlavə görüş zamanı pul axını, gəlir və digər mövzular haqda bəhs edilib.