Sumqayıt KOBİM tərəfindən növbəti seminar təşkil olunub. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər verir.
“Kontent marketinq” mövzusunda keçirilən onlayn təlimdə 11 sahibkar iştirak edib. KOBİM-in eksperti tərəfindən məzmun yaratma üsulları, brend imicini yaratmaq və kütləni genişlədirmək barədə iştirakçılara məlumat verilib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.