Sumqayıt KOB İnkişaf Mərkəzi “Biznesin əsasları” mövzusunda təlim keçirib. Bu haqda 27 iyul tarixində mərkəzə istinadən məlumat veririk.
Təlim zamanı KOBİM-in eksperti tərəfindən iştirakçılara:
- biznes proseslərinin idarə edilməsi;
- maliyyə analitikası;
- risklərin idarə edilməsi;
- nəzarət sisteminin tətbiqi;
- əməyin səmərəli təşkili yollarından danışılıb.
Seminarlar Heydər Əliyev pr., 36-cı məhəllədə (Mərkəz Plaza, 5-ci mərtəbə) təşkil olunur. Sahibkarlara təlim, məsləhət və şəbəkələşmədə dəstək xidmətləri ödənişsiz olaraq həyata keçirilir.