Sumqayıt KOB inkişaf mərkəzi (KOBİM) növbəti təlimini keçirib. Bu haqda bu gün, 19 iyul tarixində mərkəzə istinadən xəbər veririk.
“Marketinq strategiyaları” mövzusunda keçirilən təlimdə 9 nəfər iştirak edib.
Görüş zamanı iştirakçılara müştəri seqmentinin müəyyən edilməsi, rəqib şirkətlərin analizi və xidmət keyfiyyətinin GZİT təhlili barədə məlumat verilib.
Bundan əlavə, düzgün marketinq qaydaları ilə məhsul və xidmət tanıtımının həyata keçirilmə üsulları haqqında yeniliklərdən danışılıb.