Sumqayıtda sahibkarlar üçün növbəti təlim həyata keçirilib. Bu barədə 26 oktyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
“Vergi qanunvericiliyi” mövzusunda keçirilən onlayn seminarda 7 sahibkar iştirak edib. KOBİM-in eksperti iştirakçılara vergi haqqında fundamental anlayışlar, vergi növlərinin mahiyyəti, vergi hesablanması qaydaları barədə məlumat verib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.