top
Kolleclərə ixtisas seçiminə START VERİLDİ
30 iyul 2025, 22:54
- ↺ +

Kolleclərə ixtisas seçiminə START VERİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Sumqayit24.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2025/2026-cı tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 8144 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10930 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24059 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 27743 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitetdə, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində,  və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Oxşar xəbərlər