Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 25 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar giriş qapısı açıblar və nəzarətsiz qalmış uşağın xilas olunmasını təmin ediblər.