Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Sumqayıt Gömrük İdarəsində olub. Bu haqda 28 oktyabr tarixində Sumqayıt24 DGK-ya istinadən məlumat verir.
Gömrük xidməti general-leytenantı Şahin Bağırov adıçəkilən idarədə xidmət edən gömrük əməkdaşları ilə görüşüb, fəaliyyətin təşkili prosesi ilə yaxından tanış olub.
Sonda qurum ərazisində aparılan abadlıq işləri çərçivəsində ağaclar əkilib.