Sumqayıtda gənclər dalandar xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bu haqda 9 mart tarixində Sumqayıt24 xəbər verir.
Gənclər evinin könüllüləri şəhərimizin təmiz qalmasında əvəzsiz əmək sərf edən Mənzil Kommunal Təsərrüfat Birliyinin xanım əməkdaşlarını bayram münasibətilə təbrik edərək onlara hədiyyələr veriblər.