Sumqayıtda fəaliyyət göstərən “ASAN xidmət" mərkəzlərinin könüllüləri üçün master-klas keçirilib. Sumqayıt24 bu barədə 16 avqust tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Təlim "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində təşkil olunub. Burada iştirak edən gənclərə qeyri-adi rəsm yolları ilə çubuqlar üzərində rəsmlər və telefon aksesuarları üzərində vitraj etmək öyrədilib.