Sumqayıtda avtomobil yanğın baş verib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisə Koroğlu prospektində qeydə alınıb. "Mercedes" markalı minik maşınının idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alov söndürüblər.
View this post on Instagram