“Kristal Abşeron” təzminat istəyir. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Apa.az-a istinadən xəbər verir.
Şirkət “Sumqayıt 10-cu mikrorayon” layihəsi ətrafında dolanan iddialara ətraflı cavab verib:
"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq. Lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradıb, müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri M.S. Vəliyevi tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verib. Nəzərinizə çatdırmaq istərdik ki, təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.